Keçmiş Cəbrayıl batalyonunun komandiri xalqa müraciət etdi:“Bizim üçün töküləcək bir qan var”

11-07-2018, 14:17           
Keçmiş Cəbrayıl batalyonunun komandiri xalqa müraciət etdi:“Bizim üçün töküləcək bir qan var”
Qarabağ müharibəsi veteranı, Qarabağ Azadlıq Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Əlisoy Gəncə hadisələrilə gözlənilən təxribatın qarşısının ala bilmədiyimizə təəssüf edib.


Bu barədə Modern.az-a danışan keçmiş döyüşçü təxribatlarda hamının günahının olduğunu deyib:

“Sosial şəbəkələrdə saxta profillərlə gəncəliləri mitinqə çağırırdılar. Göz görə-görə biz susduq, təxribatların qarşısını ala bilmədik. Televiziyalarımız nüfuzlu din xadimlərini, ziyalıları, partiya liderlərini efirə dəvət edib insanları bu təxribatlardan çəkindirməliydi. Amma hamısı səhərdən axşama kimi çal-çağır verirdi. Bu iğtişaşların günahı hamımızdadır, bu qan hamımızın üstündədir”.

O, bu hadisələrin təkrarlanmaması üçün Gəncə sakinlərinə, xalqa müraciət edib:

“Bizim bir düşmənimiz, töküləcək bir qan var. O da erməni qanıdır. Bir birimizin qanını tökməyək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru