İrəvandan Bakıya sığınan Martirosyana şok ittiham

18-09-2015, 11:28           
İrəvandan Bakıya sığınan Martirosyana şok ittiham
Ermənistan Azərbaycana qaçan erməni aktivist Vaan Martirosyanla bağlı axtarış elan edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan İstintaq Komitəsi yayıb. Axtarış sentyabrın 9-dan başlayıb. İrəvan Martirosyanı külli miqdarda pul oğurlamaqda günahlandırır:

“Martirosyan öz həyat yoldaşı və uşağı ilə birlikdə bir müddət öz tanışının mənzilində yaşayıb. Bu zaman o həmin mənzildən 4 min dollar pul oğurlayıb. Doğrudur, Martirosyan Mqera Sedrakyan tərəfindən təzyiqə məruz qalsa da, heç bir zaman ortada peyda olmadığına görə tərəfimizdən dindirilməyib”, - İrəvan İstintaq Komitəsinin açıqlamasında deyilir.

Qeyd edək ki, dünən erməni aktivist Vaan Martirosyan öz istəyi ilə Azərbaycana keçib. O və ailəsi ölkəsində dəfələrlə fiziki işgəncəyə məruz qalıb və bunun nəticəsində övladını itirib. Martirosyan bu gün Azərbaycanda mətbuat konfransı təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru