Zakir Həsənov bir neçə komandiri qovdu, rütbələrini aldı

18-09-2015, 12:05           
Zakir Həsənov bir neçə komandiri qovdu, rütbələrini aldı
Xəbər verdiyimiz kimi Ali Baş Komandan İlham Əliyevin əmri ilə, sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilib.

Ölkədə böyük rezonans doğuran təlimlərə hətta mülki şəxslər, ehtiyatda oilan zabitlər də cəlb edilmişdi.

Təlimlərdən sonra Müdafiə Nazirliyində Zakir Həsənovun sədrliyi ilə kollegiya iclası keçirilib. İclas zamanı hərbi təlimlərdə səhvə yol vermiş bir neçə hərbi hissə komandiri işdən çıxarılıb. Bu barədə AzNews.az-a hərbi jurnalist, ekspert Üzeyir Cəfərov məlumat verib. Bildirib ki, Z.Həsənov hərbi təlimlər zamanı ən xırda səhvə yol vermiş şəxsləri belə cəzalandırıb. Belə ki, cəzalandırılan müxtəlif ranqlı komandirlərdən bəziləri işdən azad edilib, bəzilərinin rütbələri alınıb, bəzilərinin vəzifələri isə kiçildilib.

Qərarını Kollegiya İclasında açıqlayan Z.Həsənov bildirib ki, müharibə vəziyyətində olan, hər an müharibənin başlayacağı bir ölkənin komandiri vaxtında düzgün qərar qəbul etməyi bacarmalıdır və ən xırda səhvə yol verməməlidir: “Bu işdə məsul olan heç kimin ən xırda səhvi belə etməyə haqqı yoxdur. Çünki milyonlarla insanın və bir ölkənin taleyi o ən xırda qərardan asılı ola bilər”. Bundan əlavə, nazir təlimlərdə fərqlənən şəxsləri də mükafatlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru