Fazil Mustafadan Qalib Salahzadənin “naib olayı”na münasibət

18-09-2015, 18:56           
Fazil Mustafadan Qalib Salahzadənin “naib olayı”na münasibət
Milli Məclisin deputatı Qalib Salahzadənin Həcc ziyarətini yarımçıq qoyaraq geri qayıtması xəbəri gündəmi zəbt edib. Deputat bır sıra saytlara açıqlama verərək ziyarətini davam etdirmək üçün yerinə adam qoyduğunu deyib.

Məsələ ilə bağlı musavat.com-a Həcc ziyarətində olmuş, siyasi fikirləri ilə yanaşı, dini açıqlamaları ilə də tanınan deputat Fazil Mustafa danışıb.

F. Mustafa bildirib ki, belə bir halın şahidi olmayıb: “Dinin qaydaları var. Orada heç bir artıq-əskiklik yoxdur. Qaydalara uyğun olanı qəbul etmək olar. Ancaq dində belə bir qayda olduğunu mən bilmirəm. Naiblər orada olan fiziki qüsurluları aparıb-gətirirlər. Ancaq Həcc ziyarətində bu cür naib tutulmağına hələ rast gəlməmişəm”.

Qeyd edək ki, YAP-ın bu həftə açıqladığı siyahıda Qalib Salahzadənin namizədliyi irəli sürülməyib. Onun hazırda deputat olduğu dairədən Cəbrayılova Dilarə Məmmədağa qızının namizədliyi irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.