Astarada 14 yaşlı yeniyetmə qız intihar edib

6-09-2018, 07:45           
Astarada 14 yaşlı yeniyetmə qız intihar edib
Astarada 14 yaşlı yeniyetmə intihar edib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Təngərüd kənd sakini Aysu Əhmədovanın meyiti meşə ərazisində ağacdan asılmış vəziyyətdə aşkar edilib.

Onun intihar etdiyi bildirilir. Hadisənin təfərrüatı hələlik məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.