Hindistanda 1400 nəfər leysan yağışların və selin qurbanı olub

6-09-2018, 07:47           
Hindistanda 1400 nəfər leysan yağışların və selin qurbanı olub
Hindistanda 1400 nəfər bir neçə aydır davam edən musson yağışların qurbanı olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Bildirilir ki, leysan yağışların səbəb olduğu qəzalar və sel yüzlərlə insanın ölümünə səbəb olub. Ən çox insan itkisi Kerala ştatında qeydə alınıb. Bu ştatda 488 nəfər təbii hadisənin qurbanı olub. Uttar Pradeş ştatında 254 (son xəbərlərdə bu ştatda 3 uşağın selin qurbanı olduğu bildirilir - red), Qərbi Benqal əyalətində isə 210 nəfər həyatını itirib.

Təbii hadisənin qurbanları əsasən suda boğulanlar, ildırım vuranlar, habelə dağılan evlərin altında qalaraq ölənlərdir.

Xəbərdə bildirilir ki, leysan yağışlar zamanı 43 nəfər itkin düşüb. Ölkənin 10 əyalətində davam edən leysan yağışların səbəb olduğu qəzalar zamanı yüzlərlə insan xəsarət alıb. Ölkənin 5 regionunda yüzlərlə ev təbii hadisədən zərər çəkib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.