Pikap telestudiyanın divarını dağıdaraq içəri girdi - FOTO

6-09-2018, 07:53           
Pikap telestudiyanın divarını dağıdaraq içəri girdi - FOTO
ABŞ-da pikap Fox 4 News telekanalı studiyasının divarını dağıdaraq içəri girib.

Oxu.Az xəbər verir ki, hadisə Dallas şəhərində baş verib.

Bildirilir ki, avtomobilin sürücüsü bunu bilərəkdən edib. O, maşından düşərək yüksək səslə qeyri-etik ifadələr işlətməyə başlayıb.

Polis artıq pikapın sürücüsünü saxlayıb. Mütəxəssislər isə onun studiyada qoyduğu qara çantanı yoxlayıblar.

Studiyada çalışan şəxslərin hamısı təxliyə olunub.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.