Sakit okeanın Fici adaları sahillərində 8,1 bal gücündə zəlzələ olub. Teref.az ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 03:49-da qeydə alınıb. Qeyd olunur ki, zəlzələ ocağının dərinliyi 670 kilometr olub. Dağıntılar və ölənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.