Dəhşətli qəza: avtomobil ana və iki uşağını vurdu - VİDEO
7-09-2018, 12:48
O, evə tələsib və əyləci vaxtında sıxa bilməyibBanner Rusiyanın Karaçayevo-Çerkessiya istintaq təcridxanasının əməkdaşı dəhşətli yol-nəqliyyat hadisəsi törədib. O, avtomobili ilə yolu keçmək istəyən ana və iki azyaşlı uşağını vurub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb. Qadın altı yaşlı oğlu və dörd yaşlı qızı ilə piyada keçidindən yolu keçməyə çalışıb, bu zaman qara avtomobil yüksək sürətlə gələrək, onları vurub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hər iki uşağın vəziyyəti ağırdır. Həkimlər onlarda çoxsaylı sınıqlar və kəllə-beyin travmasının olduğunu açıqlayıblar. Onların anası da ağır xəsarətlər alıb. Hadisəni törədən şəxsin sözlərinə görə, o, evə tələsib və əyləci vaxtında sıxa bilməyib. Onun sərxoş olmadığı bildirilib.