Maye qazın qiyməti qalxıb? - Tarif Şurasından açıqlama

7-09-2018, 16:17           
Maye qazın qiyməti qalxıb? - Tarif Şurasından açıqlama
Maye qazın qiymətinin qalxaması barədə mətbuatda məlumatlar yayılıb. Məlumata görə, yanacaq doldurma məntəqələrində LPG (Maye qaz) qazın bir litrinin qiyməti 40 qəpikdən 45 qəpiyə qaldırılıb.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib ki, maye qazın topdanşatış qiyməti Şura tərəfindən tənzimlənir: "Maye qazın topdansatış qiyməti ilə bağlı heç bir dəyişiklik olmayıb. Hazırda Şurada bu məsələ müzakirə olunmur”.

Qeyd edək ki, xəbəri ilk olaraq Baku.ws saytı yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru