Meksikada 4 polis əməkdaşı öldürülüb

8-09-2018, 08:39           
Meksikada 4 polis əməkdaşı öldürülüb
Cümə günü Meksikanın Çiuaua ştatının Bokoyna bələdiyyəsinə quldur hücumu zamanı 4 polis əməkdaşı öldürülüb, daha 6-sı isə yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatının təhlükəsizlik komissiyası məlumat yayıb.

Bildirilir ki, polisə pusqunu "Xuares" kartelinə daxil olan "La-Linea" cinayətkar təşkilatı qurub.

İlkin məlumata görə, canilər hücum zamanı qranatlardan istifadə ediblər, onlar iki polis maşınını yandırıblar, həmçinin bir polis əməkdaşı girov götürülüb.

Hazırda bölgədə cinayətkarların aşkar edilməsi və tutulması üçün vertolyotların da iştirakı ilə genişmiqyaslı əməliyyat aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru