İranda polis bölməsinə hücum: 3 nəfər öldü

9-09-2018, 19:36           
İranda polis bölməsinə hücum: 3 nəfər öldü
İranda polis bölməsinə hücum edilib.

Qaynarinfo xəbər verir ki, hadisə ölkənin cənubunda, Hormozqan vilayətində baş verib. Nəticədə 3 polis əməkdaşı ölüb, bir polis isə yaralanıb.

Məlumata görə, avtomobildə olan üç naməlum şəxs Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıb. İranın təhlükəsizlik qüvvələri hücum edənlərin saxlanılması üçün xüsusi əməliyyata başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.