Min illik məscidin qalıqları tapıldı

9-09-2018, 20:41           
Min illik məscidin qalıqları tapıldı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində aparılan qazıntılar zamanı min illik məscidin qalıqlarını tapıblar.

Qazıntılar Şeyx Xəlifə məscidinin inşa edildiyi ərazinin yaxınlığında aparılır.

Arxeoloqların sözlərinə görə, tapılan məscid Abbasilər dövrünə aiddir və 3 binadan ibarət olub.

Qalıqlar üzərində aparılan analizlər nəticəsində məscidin ölkə ərazisindəki ən qədim ibadət yeri olduğu müəyyən edilib.(Qafqazinfo)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.