Buz bağlamayan material hazırlanıb

10-09-2018, 06:45           
Buz bağlamayan material hazırlanıb
Massaçussets Texnologiya İnstitutunun alimləri günəş işığının enerjisindən istifadə edərək buzun yaranmasına imkan verməyən xüsusi örtük hazırlayıblar.Trend-in məlumatına görə, onun əsasını günəş enerjisini toplamaq və onu istiliyə çevirmək qabiliyyətinə malik üçqatlı material təşkil edir. Bundan başqa, əldə olunmuş enerji yalnız günəş şüasının düşdüyü yeri qızdırmır, örtüyün bütün səthi üzrə bölünür. Həmçinin yeni material süni işıqlandırma mənbələrindən “qidalanaraq” gecələr də işləyir.

Örtük üçün bütün materiallar “istilik reaksiyası”nın sürətli olması, qızmanın isə dondurulmadan daha sürətlə baş verməsinə uyğun seçilib. İstehsal xərclərinin azaldılması məqsədilə materialın bütün qatları maksimal əlçatan materiallardan istehsal edilib.
Hazırda alimlər materialın laboratoriya xaricində sınaqlarını keçirmək üçün bir neçə binanın damına örtük hazırlamaq niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru