BNA-ya ciddi ittiham: 28 milyon hanı?

11-03-2019, 17:56           
BNA-ya ciddi ittiham: 28 milyon hanı?
Son 1- 2 ildə Bakı Nəqliyyat Agentliyinə 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatı İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur.

Axar.az xəbər verir ki, bu fikirləri İnternet Forumunun prezidenti Osman Gündüz Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti ilə bağlı apardığı kiçik araşdırma barədə danışarkən deyib.

O.Gündüz bildirib ki, NİİM-lə bağlı verdiyi açıqlamaya Bakı Nəqliyyat Agentliyi sözçüsünün aqressiv reaksiyasından sonra belə bir araşdırma aparmaq qərarına gəlib.

O.Gündüz bildirib ki, NİİM üçün BNA-ya 28 milyon ayrılması dəhşətdir:

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra bu sistemin bərpası, video-monitorla bağlı texniki xidmət, videorabitə işləri, server, nəqliyyat planlaması və trafik təhlili proqram təminatları ilə bağlı BNA-ya təxminən 28 000 000 manat vəsait ayrılıb.

Təsəvvür edin, son 1- 2 ildə BNA-ya 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatı İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.