"Sevimli Dad" BÖHRAN İÇİNDƏ... - Sahibi kredit borcunu qaytara bilmir

8-05-2019, 12:28           
"Sevimli Dad" BÖHRAN İÇİNDƏ... - Sahibi kredit borcunu qaytara bilmir
“MilkPro” şirkəti “Aqrarkredit” QSC Bank Olmayan Kredti Təşkilatına (BOKT) olan 111 282,36 manat məbləğində kredit borcunu qaytara bilmir.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, bununla əlaqədar olaraq BOKT 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə işə baxaraq “Milk-Pro”dan cəmi 111 282,36 manat (əsas borc 81 500,00 manat, faiz borcu 29 782,36 manat) məbləğində kredit borcunun “Aqrarkredit”in xeyrinə tutulmasını qət edib.

Xatırladaq ki, “MilkPro” MMC “SevimliDad” brendinin sahibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru