Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi

21-07-2019, 11:55           
Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
Nazirlik yaxın vaxtlarda layihəni razılaşdırmaq üçün digər orqanlara göndərəcək

Rusiyanın Sənaye və Ticarət Nazirliyi pivənin pərakəndə satışına məhdudiyyətləri yumşaltmağı təklif edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, bu, nazirliyin 2019-2025-ci illər üçün nəzərdə tutulan strateji inkişaf layihəsində yer alıb.

Nazirlik təklif edib ki, pivə alkoqollu məhsullar siyahısından çıxarılsın.

Qeyd olunur ki, bu təklifin olunmasında məqsəd pivəni bütün alkoqollu məhsullara tətbiq olunan məhdudiyyətlər siyahısından çıxarmaq üçün atılıb.

Nazirlik yaxın vaxtlarda layihəni razılaşdırmaq üçün digər orqanlara göndərəcək.

Qeyd edək ki, 2011-ci ildə pivə alkoqollu içkilər siyahısına daxil edilib. Nəticədə onu saat 23:00-08:00 radələrində qədər müddətdə satmaq qadağandır. Onu həm də həddi buluğa satmaq da qadağan olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru