İnam Kərimov daha bir xanıma vəzifə verdi

23-07-2019, 15:05           
İnam Kərimov daha bir xanıma vəzifə verdi
Kənd təsərrüfatı naziri İnam Kərimov "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən xəbərə görə, əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi "Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədovaya həvalə olunub.

Rəşad Babayev və Sərxan Sərxanov isə İH-nin üzvləri təyin ediliblər.

Qeyd edək ki, Nazirlər Kabineti iyulun 4-də "Aqrar Tədarük və Təchizat” ASC-nin Nizamnaməsini təsdiqləyib. Nizamnaməyə əsasən, yeni quruma ümumi rəhbərliyi və nəzarəti 3 nəfərdən ibarət İH həyata keçirir. İH-nin sədrini və digər üzvlərini nazir vəzifəyə təyin və vəzifədən azad edir.

Xatırladaq ki, "Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manat, hüquqi ünvanı isə KTN ilə eyni – Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 80-dir (Hökumət Evi).

Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru