«Audi»dən Bakıdakı avtomağazalara xəbərdarlıq – «ADIMIZDAN İSTİFADƏ ETMƏYİN»

24-07-2019, 18:40           
«Audi»dən Bakıdakı avtomağazalara xəbərdarlıq – «ADIMIZDAN İSTİFADƏ ETMƏYİN»
Bakıda «Audi» markasından qeyri-qanuni istifadə edən avto servislər və mağazalar bu lövhələri yığışdırmalı olacaqlar. FED.az xəbər verir ki, Audi Bakı Mərkəzi «Audi» adından istifadə edən obyektlərə xəbərdarlıq edib. Mərkəzin marketinq meneceri Xanım Orucova bildirib ki, artıq sentyabr ayından etibarən qanunsuz loqoların sökülməsinə başlanacaq. Marketinq meneceri vurğulayıb ki, bir çox məkanlarda və mağazaların vitrinlərində “Audi” loqosunun istifadəsini mütəmadi olaraq görürlər:

«Biz «Audi» Bakı Mərkəzi olaraq mağaza və servislərə xəbərdarlıq edirik. Cari ilin sentyabr ayından başlayaraq "Audi" brendinin logo və diğər atributlarının hüquqlarının qorunmasına başlayırıq. Hər bir brendin loqosunun hüququ onun ölkədə olan rəsmi nümayəndəsinə məxsusdur. Hər bir «Audi» logosunun qanunsuz istifadə edən mağaza və ya servis ilə mübarizə aparacağıq. Onlar Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının qorunması dövlət xidməti, həmçinin məhkəmə qarşısında cavab verməli olacaqlar. Sonda üzümü sözü gedən hühuqi və fiziki şəxslərə tutub demək istəyirəm ki: “növbəti ay ərzində reklam kimi istifadə etdiyiniz «Audi» atributlarını demontaj edin əks halda qanun qarşısında cavab verəcəksiniz».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.