Bu məhsulun aksiz vergisi 80 manatdan 1 manata endirildi

28-07-2019, 10:49           
Bu məhsulun aksiz vergisi 80 manatdan 1 manata endirildi
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.
Teref.az xəbər verir ki, dəyişikliyə görə, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə 2710 12 110 0 alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “1 ton üçün 80 manat” sözləri “1 ton üçün 1,0 manat” sözləri ilə əvəz edilib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Qeyd edək ki, həmin alt yarımmövqeyə “yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün” nəzərdə tutulan məhsullar daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru