Başı telefona qarışdı, “Land Cruiser”lə qadını vurub üstündən keçdi - Bakıda (VİDEO)

29-07-2019, 12:47           
Başı telefona qarışdı, “Land Cruiser”lə qadını vurub üstündən keçdi - Bakıda (VİDEO)
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az Avtosfer.az-a istinadən xəbər verir ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (Ayna Sultanova heykəlinin yanı) “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən qadını vurub.

Görüntülərə əsasən, avtomobil asta sürətlə hərəkət edir, qadın isə yolu yavaş keçir. Bu zaman sürücü qadını vurur və üstündən keçir, yoluna davam edərək bir az irəlidə dayanır.

Hadisə nəticəsində qadın yerindəcə dünyasını dəyişib.

Sürücünün sükan arxasında mobil telefona başı qarışdığı ehtimal olunur.

Ürəyi zəif olanların baxması məsləhət deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru