“Paşa Holding” ölkənin ən böyük aqrar şirkətinə - SAHİB OLUB

30-07-2019, 13:08           
“Paşa Holding” ölkənin ən böyük aqrar şirkətinə - SAHİB OLUB
Azərbaycanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri kapitalını artırıb. FED.az xəbər verir ki, Azərbaycanda bir neçə kənd təsərrüfatı şirkətinin aktiv sahibi olan "Agro Food Investments" MMC nizamnamə kapitalını 142 milyon 996 min manata (84,1 milyon ABŞ dolları) çatdırıb.
Bu ölkənin kənd təsərrüfatı şirkətləri arasında ən yüksək ödənilmiş səhm kapitalıdır.

Kommersiya təşkilatı reyestrinə əsasən, "Agro Food Investments" 2018-ci ilin avqustunda 100 min manat ilkin kapitalla yaradılıb.

Onun Azərbaycanın əsasən şimal və şimal-qərb, aran bölgələrində südçülük fermaları, zeytun, badam bağları, müxtəlif rayonlarda 3200 ha-dan çox torpaqları, bir neçə (Yalama, Şəmkir) aqroparkı var.

Şirkətin direktoru Məcnun Məmmədovdur. O, "Grand-Agro" MMC, "Grand-Agro İnvitro" MMC-y də rəhbərlik edir. "Agro Food Investments" "Pasha Holding" qrupunun bir hissəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru