Əvəz Zeynallıdan Kamal Abdullaya cavab gəldi – Çəkişmə

30-07-2019, 18:06           
Əvəz Zeynallıdan Kamal Abdullaya cavab gəldi – Çəkişmə
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.
Ə.Zeynallı Reportyor.info-ya bildirib ki, onlar universitetdən şikayətçi olan müəllimlərin müraciətini digər media qurumları kimi ictimailəşdiriblər:
“Burada bizə aid heç nə yoxdur. Mən hələ iddia ərizəsi ilə tanış olmamışam. Amma gözlənilməz bir haldır. Bizlik heç nə yoxdur, şikayətçilərin müraciəti təqdim edilib”.

K.Abdulla baş redaktordan təkzib, üzr və pul tələb edir. İddia edir ki, Əvəz Zeynallı ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub. Məlumata görə K.Abdulla jurnalistlə yanaşı içdən çıxardığı müəllimləri də məhkəməyə verib.
Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və “xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir. Qeyd edək ki, məhkəmə prosesi avqustun 1-də başlayacaq. İşə Binəqədi Məhkəməsi baxacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.