Qarabağ savaşından sağ qayıtdı, Bakıda maşın vurub öldürdü – Video

31-07-2019, 08:09           
Qarabağ savaşından sağ qayıtdı, Bakıda maşın vurub öldürdü – Video
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado" markalı minik avtomobili ilə sürət həddi saatda 90 km. olan zaman onun qabağına qəfil piyada çıxıb.

Nəticədə M.Bəşirov piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub.

A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

APA













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru