Notr-Damın qarşısında müvəqqəti kilsə tikməyi təklif ediblər

31-07-2019, 08:56           
Notr-Damın qarşısında müvəqqəti kilsə tikməyi təklif ediblər
Parisdə yerləşən “Gensler” bürosundan olan memarlar qrupu Notr-Damı ziyarət edə bilməyən möminlər və turistlər üçün müvəqqəti kilsə tikməyi təklif edib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, daha əvvəl Paris Notr-Dam kilsəsinin baş keşişi Patrik Şove Notr-Dam “sakinləri üçün müvəqqəti ev” tikməyə səsləyib.

Memarların planına görə obyekt kilsənin qarşısındakı meydanda quraşdırılacaq. Pavilyon möhkəm materiallardan, ehtimal ki, yandırılmış ağacdan, polikarbonat və politetraftoretilendən inşa ediləcək. Ziyarətə gələnlərin Notr-Damı görmələri üçün səcdəgahın arxasında iki mütəhərrik şəffaf panel quraşdırılacaq.

Mütəxəssislər ehtimal edirlər ki, sonradan bu pavilyondan digər məqsədlər üçün başqa şəhərlərdə də istifadə ediləcək. Bu təşəbbüsün həyata keçirilməsinə təxminən yarım il sərf ediləcəyi gözlənilir.

Xatırladaq ki, Paris Notr-Dam kilsəsində yanğın cari il aprelin 15-də axşamüstü baş verib. Yanğının mənbəyi kilsənin mərkəzi hissəsi, onun şpilinin bünövrəsinin yanı hesab edilib. Ekspertlər Notr-Dam kilsəsinin yenidən qurulmasına azı 10 il və bir neçə milyon avro tələb olunduğunu deyirlər. Lakin ölkə Prezidenti Emmanuel Makron kilsəni beş il ərzində bərpa etmək barədə niyyətini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru