"ABŞ-ın 7 trilyonluq tarixi fiaskosu" – Zərif

31-07-2019, 09:38           
"ABŞ-ın 7 trilyonluq tarixi fiaskosu" – Zərif
ABŞ Yaxın Şərqdə Vyetnam savaşından sonra ən böyük uğursuzluğa düçar oldu.

Axar.az xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində yazıb.

“Minillərlə tarixi olan iranlılar öz aqressorlarından daha güclü çıxdılar. ABŞ isə 7 trilyon dollar itirdi, regionumuzu qan gölünə döndərdi, ancaq nəticədə Vyetnam savaşından sonrakı ən böyük uğursuzluğunu yaşadı”, - Zərif qeyd edib.

Zərif ABŞ Prezidenti Trampı “B Qrupu”nun yalan tarixindən və sonsuz müharibə ehtirasından imtina etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru