Azərbaycanda dezinfeksiya bəhanəsi ilə evlərə girib oğurluq edirlər? — SƏS YAZISI

28-02-2020, 16:07           
Azərbaycanda dezinfeksiya bəhanəsi ilə evlərə girib oğurluq edirlər? — SƏS YAZISI
Azərbaycanda "Whatsapp" mesajlaşma tətbiqi vasitəsilə yayılan daha bir səs yazısı böyük rezonans doğurub.
Kimliyi məlum olmayan bir nəfər şəxs koronavirusa görə dezinfeksiya adı ilə evlərə girib, oğurluq edildiyini deyib. Həmin şəxs dezinfeksiya bəhanəsi ilə gələnlərin ev sahiblərini qaz balonu ilə yuxuya verdiklərini, daha sonra evdən oğurluq etdiklərini bildirib:

"Mənə indi bir xəbər verdilər, evlərə koronavirusu dezinfeksiya etmək adı ilə gəlirlər. Qaz balonları var, adamı yuxuya verir. Sonra da evi süpürüb aparırlar. Dezinfeksiya adı ilə kim qapını döysə, açmayın".
Sözügedən səs yazısını təqdim edirik:
olke.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.