İnvestorlar Ukraynaya girməyə qorxurlar: Əsas problem...

13-07-2025, 10:46           
İnvestorlar Ukraynaya girməyə qorxurlar: Əsas problem...
İki günlük Roma konfransında Ukraynanın bərpası ilə bağlı keçirilən müzakirələrdə müharibənin getdiyi bir vaxtda vədlər verildi, lakin cəlb edilə biləcək investisiyalar arasında bir boşluq hiss olunurdu.

Bunu “Le Monde” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ukraynanın müttəfiqlərinin əsas vəzifəsi investorları Ukrayna bazarına artıq indidən daxil olmağa inandırmaqdır.

Kiyev İqtisadiyyat Məktəbinin baş direktoru Maykl Şnayder qeyd edib ki, Ukrayna və onun müttəfiqləri investisiyaların artırılması istiqamətində irəliləyirlər, lakin bu proses yavaşdır:

“Əsas problem təhlükəsizliklə bağlıdır: ruslar bombardmanları gücləndiriblər və dron istehsalını artırıblar, investorlar isə təhlükəsizlik zəmanətləri istəyirlər”.

Şnayder bildirir ki, Donald Tramp hakimiyyətə gəldikdən dərhal sonra xarici investorlar Ukraynada atəşkəs olacağına ümid edirdilər:

“Bu gün isə hamı anlayır ki, müharibə uzun çəkə bilər”.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru