Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: Arvadına maşın verdi, polis hər ikisini saxladı VİDEO
Bu gün, 10:31
Sumqayıt şəhərində dəniz sahilində avtomobillə təhlükəli hərəkət edən şəxslər polis əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, insanların dinc istirahət etdiyi yerdə idarəetmə hüququ olmadan "Hyundai" markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadın və onun həyat yoldaşı polis şöbəsinə dəvət olunublar.
Aparılan araşdırma zamanı məlum olub ki, avtomobil qadına sürücülük bacarıqlarını öyrətmək məqsədilə verilib.
Hər iki şəxs öz izahatlarında törətdikləri qanun pozuntusuna görə peşman olduqlarını ifadə ediblər.
Faktla bağlı onların hər ikisi barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib edilib.