Tramp "Taliban"la bağlanmış sazişlə əlaqədar Əfqanıstan Prezidentini təbrik edib

2-03-2020, 07:33           
Tramp "Taliban"la bağlanmış sazişlə əlaqədar Əfqanıstan Prezidentini təbrik edib
ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Əfqanıstan Prezidenti Əşrəf Qanini ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalaması münasibətilə təbrik edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Qani özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün Prezident Donald Tramp mənə zəng etdi və dünənki sülh prosesinin irəliləməsində Əfqanıstanda baş verən mühüm dəyişikliklər münasibətilə təbrik etdi. Prezident Əfqanıstan hökumətinin bu müddətdə növbəti addımlar atacağına əminliyini bildirdi”, - deyə Əfqanıstan lideri qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.