Bu da kilosu 1000 dollar olan məşhur ət - Azərbaycana "mərmər ət" gətirildi

8-03-2020, 00:00           
Bu da kilosu 1000 dollar olan məşhur ət -
Əsasən Yaponiyada saxlanılan “Vaqiu” cinsindən olan heyvanlardan Azərbaycana da gətirib.

Bu barədə Cebhe.info-ya özəl açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun Respublika Süni Mayalandırma Mərkəzinin direktoru Ramiq Abbasov deyib:

“Mart ayının 1-dən “Gilan Holdinq” 2 baş “Vaqiu” cinsindən olan heyvan gətirib. Onlardan biri dişi, digəri isə erkəkdir. Dişi olan heyvan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda saxlanılacaq. Erkək olanı isə əhliləşdirib toxum alacağıq. Gələcəkdə də bu cinsi artırmaq fikrindəyik. Bununla əlaqədar cənab nazir də institutda oldu. Biz təklif etdik ki, bu heyvanların sayını artırmaq üçün daha 5 dişi “Vaqiu” cinsinə ehtiyac var. O da fikrimizi qəbul etdi və yaxın günlərdə həmin heyvanların instituta gətirilməsi üçün tapşırıq verdi. Heyvanlar lizinqlə gətirilib".

Qeyd edək ki, “Vaqiu” cinsindən olan bu heyvanların əti dünya bazarında “mərmər ət” adıyla tanınır və bir kiloqramı 1000 dollardır. Ətin tərkibini əsasən zülallar, yağlar, karbohidratlar, mineral duzlar və vitaminlər təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.