"Dünya koronavirisdan yaxasını qurtara bilməyəcək" - Professordan ŞOK AÇIQLAMA

13-05-2020, 00:28           
"Dünya koronavirisdan yaxasını qurtara bilməyəcək" -
Dünya koronavirusdan heç vaxt yaxa qurtara bilməyəcək.

Teref.az-ın xəbərinə görə, bu sözləri rusiyalı professor Vladimir Parşin deyib.

Biz hamımız anlamalıyıq ki, bir-birimizlə əlaqə saxlayacağıq və bundan sonra da bu virusla birlikdə yaşayacağıq. O, bəşəriyyətə gəlib və buradan heç bir yerə getməyəcək”, - deyə, V.Parşin bildirib.

Professorun sözlərinə görə, hər kəsi yalnız kollektiv immunitet xilas edə bilər. Ancaq xəstə axını ağır olmamalıdır, yoxsa səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz.

“Reanimasiya şöbələri ağır xəstələrlə tamamilə dolub. Əgər belə xəstlərin sayı 10 dəfə çox olsa, heç bir tibb sistemi tab gətirə bilməz. Ona görə də, tələb olunduğu kimi, çölə çıxmamaq bu kəskin dövrü uzatmaq, kütləvi immunitet qazanmaq imkanı verəcək”, - V.Parşin deyib.

Professor qeyd edib ki, kollektiv immunitet dünyanı dəfələrlə xilas edib. Əgər insanların 93-95 faizi immunitetə sahib olsa, o zaman digərlərinin də xəstəliklə üzləşmək şansı olduqca aşağı olacaq.Medicina












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru