DTX-nın əməliyyat keçirdiyi qurumun rəhbəri bu generaldır – FOTOLAR

13-05-2020, 15:35           
DTX-nın əməliyyat keçirdiyi qurumun rəhbəri bu generaldır – FOTOLAR
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Unikal.org iki qurumun əməliyyat keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi barədə araşdırma edib. Məlum olub ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2005-ci il 18 fevral tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi yaradılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru