Mikayıl Cabbarovun yeni müavini kimdir? – DOSYE

13-05-2020, 19:57           
Mikayıl Cabbarovun yeni müavini kimdir? – DOSYE
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əliyev Elnur Aydın oğlu İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Modern.az Elnur Əliyevin dosyesini araşdırıb.

O, bu vəzifəyə qədər Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.

Elnur Əliyev daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib.

Bundan sonra həm də Bakı Şəhər Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsində, müdir əvəzi vəzifəsində işləyib.

Elnur Əliyev daha sonra Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri, Nazirliyin aparat rəhbəri vəzifəsinin müvəqqəti əvəzedicisi, 2017-ci ilin dekabrından isə Vergilər Nazirliyində müşavir vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru