Sabahdan vəkillər istintaq təcridxanalarına əvvəlki qaydada buraxılacaq

13-05-2020, 21:07           
Sabahdan vəkillər istintaq təcridxanalarına əvvəlki qaydada buraxılacaq
Azərbaycanda vəkillərin əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan istintaq təcridxanalarına buraxılması bərpa edilib.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkədə məlumat verib.

“Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı COVID-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapdı. Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanalarına buraxılacaqlar. Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru