Yaponiyanın 39 perfekturasında karantin rejimi ləğv olunur

14-05-2020, 07:19           
Yaponiyanın 39 perfekturasında karantin rejimi ləğv olunur
Yaponiya hökuməti koronavirusla əlaqədar tətbiq olunan karantin rejimini 47 perfekturanın 39-sunda ləğv edir.

“Report” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bunu iqtisadi bərpa naziri Yasutosi Nisimura hökumətin ekspert şurasının iclasında deyib.

Onun sözlərinə görə, ciddi karantin rejimi Hokkaydo, Tokio və qonşu Saytam, Tib, Kanagava, həmçinin Kyoto, Osaka, Hyoqo şəhərlərində saxlanılacaq.

Bunda sonra Yaponiyanın Baş naziri Şinzo Abe koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminin qeyd olunan prefekturalarda ləğvi üçün ölkə parlamentinə müraciət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru