Tələbə təqaüdləri hansı qaydada veriləcək? – RƏSMİ AÇIQLAMA

30-06-2020, 15:53           
Tələbə təqaüdləri hansı qaydada veriləcək? – RƏSMİ AÇIQLAMA
Mövcud koronavirus pandemiyası ilə əlaqədər bu il tələbələr onlayn formatda imtahan verdilər.

Bu, onların bəziləri üçün avantaj olsa da, bir qisim tələbə imtahanlarda uğurla iştirak edə bilmədi. Əlaçı tələbələr internet probleminə görə ya da başqa bir səbəbdən arzuladıqları nəticəni qazanmağa müvəffəq olmadılar. İndi onları düşündürən əsas məsələ təqaüdlərin hansı-əvvəlki, ya cari semestrin nəticələrinə uyğun verilməsidir.

Məsələ ilə bağlı “Sherg.az”a danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, heç bir qayda dəyişikliyi olmayacaq:
“Tələbələrə təqaüdlər cari semestrin nəticələrinə uyğun veriləcək. Bu, həmişə belə olub. Yəni qeyri-adi bir şey yoxdur. Tələbələr imtahan veriblər və nəticələrinə uyğun təqaüd alacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru