Koronavirusla mücadilədəki həkimin tükürpədən müraciəti

1-07-2020, 10:49           
Koronavirusla mücadilədəki həkimin tükürpədən müraciəti
COVVID- 19 virusunun hücum dalğasının yeni mərhələyə çatdığı günlərimizdə "Facebook" sosial şəbəkəsində doktor Elşən Əliyevin müraciətini gördük. Ölkəmizin koronavirusla ölüm-qalım mücadiləsində onun cəmiyyətə üz tutması,baş verənlərin daha çox insanlarımızın səhlənkarlığı üzündən şiddətlənməyə doğru inkişafına vətəndaş yanğısı ilə reaksiyası müraciəti oxuyan hər kəsi mütəəssir edəcəyinə və öz məsuliyyətini dərk edəcəyinə şübhə etmirik. Doktora, ölkəmizin koronavirusla çarpışan tibbi heyətinə minnətdarlıq hissi ilə "Polemik.az" həmin müraciəti təqdim edir: "Hər vaxtınız xeyir, əziz həmvətənlərim. Mənim bu şəkili paylaşmaqda məqsədim özümü reklam etmək deyil. Şəklimə baxın və deyim ki,Azərbaycanda korona ilə çarpışan həkimlərin hamısı növbədən çıxanda bu vəziyyətdə olurlar. Sadəcə olaraq, son günlərdə yoluxma sayının bu qədər artması məni vadar etdi ki, fikirlərimi sizlərlə bölüşüm. Əziz həmvətənlərim, aprel ayında Ümümdünya Səhiyyə Təşkilatı və Avropanın bir çox inkişaf etmiş ölkələri Azərbaycanın koronavirusla mübarizədə qabaqlayıcı tədbilərini yaxşı cəhətdən nümunə göstərirdi. İndi bizə nə oldu ? "Bir olaq" "birlikdə olaq" , "evdə qalaq" , "özümüzü və yaxınlarımızı qoruyaq" sözləri bir şüar olaraq ötüb keçdimi ? Operativ Qərargahın verdiyi qərarları yerinə yetirən polis işçilərinin üstünə hücum çəkirik, təhqir edirik, halbuki onlar verilmiş qərarları yerinə yetirirlər. Əgər ölkə Prezidenti maskadan istifadə edirsə, bizlərə nə olub? Bizlər niyə istifadə etməli deyilik ? Mən artıq 3 aya yaxındır ki Ağdaş rayon Pandemiya Mərkəzinə Baki şəhərindən ezam olunmuşam. 3 ay müddətində təxminən 700-ə yaxın xəstəyə baxmışam. Bu xəstələrdən simptomsuz xəstələr və pnevmaniya ilə ağırlaşan xəstələr də olub. Hətta dünyasını dəyişən xəstələrimiz də var. Pnevmaniya ilə ağırlaşan xəstələr çətinliklə müalicəyə tabe olurlar. Bəzən süni tənəffüs aparatına qoşulsalar belə, onların həyatlarını xilas etmək mümkün olmur. Mən üzümü "bu xəstəlik yoxdur, uydurmadır, boş söhbətdir"- deynən insanlara tutub deyirəm: bu xəstəlik var və hərgün dünyada artıq yarım milyondan artıq insan bu xəstəlikdən dünyasını dəyişir. Buna görə də xahiş edirəm, insanları çaşdırmayın! Əziz həmvətənlərim, bu mücadilədə biz həkimlər cənab Prezidentin əsgərləriyik. Neçə müddət lazim gəlsə, biz cənab Prezidentin sərəncamındayıq. Sizdən xahiş edirəm ki, özünüzü və yaxınlarınızı qoruyun ki, biz bu mücadilədən az itki ilə çıxaq. Mən yenədə üzümü bu xəstəlik yoxdur- deyənlərə tutub deyirəm: əgər inanmırsınızsa, mənimlə əlaqə saxlayın, mən sizə bu xəstəlikdən dünyasını dəyişənlər haqqında məlumat verim. Bundan sonra məni cəzalandırarlar, təmbeh edərlər, bu, sonrakı işdi. Bir daha sizə müraciət edirəm "bir olaq” birlikdə koronavirusa qalib gələk. Özümüzü və yaxınlarımızı koronavirus təhlükəsindən qoruyaq! Allah sizləri qorsun. Amin!"













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.