Conflict.az-ın Baş redaktoru Prezidentə müraciət etdi: “İnanıram ki…”

2-07-2020, 10:11           
Conflict.az-ın Baş redaktoru Prezidentə müraciət etdi: “İnanıram ki…”
Müraciətdə deyilir:
Cənab Prezident!
1993-cü ildən jurnalist kimi fəaliyyət göstərirəm. Bu illər ərzində heç vaxt bu peşəni tərk etməmişəm. O zamanın dövrü mətbuatında və müasir internet portallarında yüzlərələ araşdırmalarım, çoxsaylı müsahiblərimdən aldığım müsahibələrim dərc edilib. Müxtəlif dövrlərdə, ayrı-ayrı qəzetlərdə şöbə müdiri, məsul katib, baş redaktor müavini və baş redaktor kimi fəaliyyət göstərmişəm. Heç bir zaman jurnalistikaya qazanc mənbəyi kimi baxmamışam. Məhz bu düşüncəmə görə jurnalistlər üçün inşa edilən iki binadan mənzillə təmin olunmağım üçün müraciət etməmişəm.
Artıq 6 ildir ki, təsisçisi və baş redaktoru olduğum Conflict.az onlayn ictimai-siyasi qəzet fasiləsiz olaraq məqsədsiz, tərəfsiz fəaliyyət göstərir. Təsadüfi deyil ki, ötən müddət ərzində Conflict.az saytı bir dəfə belə məhkəməyə verilməyib. Operativlik, həqiqətləri qələmə almaq iş prinsipimizdir.
İnanıram ki, ömrümün yarısından çoxunu həsr etdiyim jurnalist fəaliyyətim zamanı dövlətdən aldığım ilk hədiyyə olaraq, həmkarlarım üçün inşa edilmiş binada mənzillə təmin ediləcəm.

Bakir Həsənbəyli

Conflict.az onlayn ictimai-siyasi qəzetin Baş redaktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.