“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"

3-07-2020, 00:00           
“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"
"TƏBİB, AzTV-nin əməkdaşı S.Nemətzadənin ölümü barədə ictimaiyyətə verdiyi ağ yalan məlumata görə CƏZA almalıdır!"

Dominant.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə öz "Facebook" səhifəsində, AzTV-nin koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin yayılan səs yazısı barədə TƏBİB-dən verilən rəsmi açıqlamaya münasibət bildirərkən deyib.

Həkim, həmçinin eyni zamada Agciyər Xəstəlikləri İnstitutunda tibbi qoruyucu vasitələrin yox dərəcəsində olduğunu vurğulayıb: “TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız? Bu nə açıqlamadır. Bunu deməkdənsə, susun, biz də dərdimizi çəkək. İnfarkt olma həddinə gəlmişik, vallah. O gun də oxuyuram ki, açıqlama verib ki, "Agciyər xəstəlikləri İnstitutunda yoluxma kutləvi deyil". Siz hələ ora verdiyiniz tibbi qoruyucu vasitələrdən danışın hansı ki, epidemiya başlayandan yox dərəcəsində olub. Otra-kiçik tibb işçiləri hamişə bu barədə iradını bildirib. Epidemiya pik həddə çatanda artiq oradan vərəm xəstələri ayrıldı. Bu yazıq insan üçün də deyirsiniz ağır halda yerləşdirilib. İVL aparatına qoşulmuş olanda səs yazıb? Yoxsa, arada apparatdan ayrılıb və səsini yazıb. Heç olmasa, araşdırmanız bir az uzun çəkəydi. Biz də unudardıq. Heyiflər olsun. Çox çox heyiflər...".

Qeyd edək ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ötən gün AzTV-nin koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin səs yazısı barədə açıqlama verib. Açıqlamada qeyd olunub ki, xəstəxanaya daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub: "Dərhal reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib. Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.