“Bu bacarıqsızlığın, təcrubəsizliyin bariz nümunəsidir!” – Həkim TƏBİB-ə səsləndi

4-08-2020, 22:17           
“Bu bacarıqsızlığın, təcrubəsizliyin bariz nümunəsidir!” – Həkim TƏBİB-ə səsləndi
Tanınmış oftalmoloq Cahid Şahbazov karantin rejiminin uzadılmasından narazı olduğunu bildirib.

O, qəbul edilən qərarlardan dolayı Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in fəaliyyətindən narazılığını ifadə edib: “Bir vətəndaş və həkim olaraq etiraf etməyi özümə borc bilirəm: mən Operativ Qərargah və TƏBİB-dən narazıyam.

Bir vətəndaş və həkim olaraq etiraf etməyi borc bilirem:Mən operativ qərargah və "TƏBİB"dən narazıyam! Dövlətin hesabına xaricdə 12 il təhsil almış bir həkim olaraq "TƏBİB"ə səslənirəm, hətta vətəndaş olaraq tələb edirəm: mən ve mənim kimi 10 larca həkim üçün brifinq təşkil edin! Bizim təkliflərimizi, iradlarımımızı dinləyin, müzakirə edək,ortaq elmi şura qəbul edilsin, yerli ve xarici mütəxəssislərlə yanaşı xalq ilə sıx təmasda olan mən və mənim kimi həkimlərin təklifləri möcüzə yaratmasa da, yararlı ola bilər! Katantin 5 ay davam edə bilməz! Bu bacarıqsızlığın, təcrubəsizliyin bariz nümunəsidir! Bu insanlığa ayıbdır!

Публикация от Cahid Şahbazov (@drcahidshahbazov)


Dövlət hesabına xaricdə 12 il təhsil almış bir həkim olaraq, TƏBİB-ə səslənirəm, hətta vətəndaş olaraq tələb edirəm: mən və mənim kimi onlarla həkim üçün brifinq təşkil edin, təkliflərimizi, iradlarımızı dinləyin. Müzakirə edək, ortaq elmi şura qəbul edilsin. Yerli və xarici mütəxəssislərlə yanaşı, xalqla sıx təmasda olan mən və mənim kimi həkimlərin təklifləri möcüzə yaratmasa da, yararlı ola bilər”.

C.Şahbazov həmçinin qeyd edib ki, karantin rejimi 5 ay davam edə bilməz: “Bu bacarıqsızlığın, təcrubəsizliyin bariz nümunəsidir! Bu, insanlığa ayıbdır!”(nocomment.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.