Korona vərəmlə mübarizəni çətinləşdirib - Statistika

15-10-2020, 07:41           
Korona vərəmlə mübarizəni çətinləşdirib - Statistika
12 Punto 14 Punto 16 Punto 18 Punto
COVİD-19 pandemiyasına qədər bir çox ölkələr vərəmlə mübarizə sahəsində öz göstəricilərini ardıcıl olaraq yaxşılaşdırmışdı. Son 4 ildə yoluxma sayı 9 faiz, ölüm nəticələrinin sayı isə 14 faiz azalmışdı. Ancaq bu gün ÜST-dən verilən məlumata görə, koronavirusun yayılması bu il qarşıda qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan verməyəcək.

Axar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, keçən il 1,4 milyon insan vərəmlə bağlı xəstəliklərdən dünyasını dəyişib. Hesabat dövründə bu infeksiyaya yoluxmuş 10 milyon insanın 3 milyon halında diaqnoz ya qoyulmayıb ya da səlahiyyətli orqanlara bu barədə məlumat verilməyib.

Daha təhlükəli vəziyyətdə də antibiotiklərə qarşı davamlı vərəm formasına malik xəstələrdir. Onların sayı bir il ərzində 465 min artıb və yeni yoluxmuş şəxslərdən yalnız 40 faizi müalicə alır. Vərəmin profilaktikası sahəsində də göstəricilərin azalması qeyd olunur. “Hələ də hər kəs vaxtında diaqnoz və vərəmin səmərəli müalicəsinə bərabər çıxış əldə edə bilmir, - deyə ÜST rəhbəri doktor Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, 2022-ci ildə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün daha çox səy göstərmək lazımdır: “2018-2019-cu illərdə 14 milyon insan bu xəstəlikdən müalicə alırdı, bu, 2018-ci ildən 2022-ci ilədək əldə edilməsinə qərar verilən göstəricilərin üçdə biridir. Eyni müddət ərzində təqribən 6,3 milyon insan profilaktik proqramlarına çıxış əldə edib - 2022-ci ilə qədər onların sayı 30 milyona çatmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.