Erməni spikerin Mehri və İrəvan qorxusu: “Əgər Dağlıq Qarabağı təslim etsək...”

16-10-2020, 10:01           
Erməni spikerin Mehri və İrəvan qorxusu: “Əgər Dağlıq Qarabağı təslim etsək...”
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan sosial şəbəkələrdəki şəxsi səhifəsində həyacanlı paylaşım edib. Erməni spiker hazırda baş verənlərin yüz illərdir davam etdiyini bildirib. Ermənistanın xəstə təfəkkürlü daha bir rəsmisi Qarabağın işğaldan azad olunması əməliyyatlarına diqqət çəkərək iddia edib ki, məqsəd Ermənistanı xəritədən silmək, erməni xalqını məhv etməkdir. “Əgər Dağlıq Qarabağı təslim etsək, Mehrini, sonra da İrəvanı təslim edəcəyik. Dayanmaq lazımdır, başqa cür mümkün deyil. Bir dəfə sonadək dayanmaq lazımdır”, deyə, A.Mirzoyan şivən qoparıb. Əslində erməni spiker bununla Dağlıq Qarabağ kimi, həm Mehri, həm də İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu dolayısı ilə etiraf edib. Qarabağ cəbhəsində sarsıdıcı zərbələr almış ermənilər bu gün aqoniya vəziyyətindədirlər və çıxış yolunu hay-küy salmaqda, tarixdə olmayan qondarma “soyqırımı” yada salıb müqaviməti təşkil etməyə cəhd göstərirlər.cia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru