Gəncə bombardımanları qarşısında ermənilərin yalançı Kəlbəcər “dağıntısı” üzə çıxdı...

17-10-2020, 09:35           
Gəncə bombardımanları qarşısında  ermənilərin yalançı Kəlbəcər “dağıntısı” üzə çıxdı...
Təcavüzkar Ermənistanın Gəncəyə kütləvi dinc insan itkisi növbəti dəfə dəhşətli raket hücumundan sonra erməni mediası guya Azərbaycan ordusunun Qafanı, Xankəndini, Xocavəndi, Ağdərəni və s. tutması haqda feyk-xəbərlər yaymağa başlayıb.

Moderator.az xəbər verir ki, işğalçı ölkə mediası belə yalançı xəbərlərdən birini də işğal altındakı Kəlbəcər rayonu ərazisində son illər saldıqları “Knaravan” adlı kəndə “mərmi atılması” haqda yayıb.

Fotodan göründüyü kimi, uzaq planda evlərdən birinin həyətində daş yığnağı görünür. Həmin evin nə divarlarında, nə damında heç bir dağıntı, zədə yeri görünmür. Sual olunur: əgər belə bir olay baş veribsə, onu niyə yaxından çəkməyiblər? Digər tərəfdən, guya bəhs edilən evdə sülənən erməni “Marina Tosyan adlı qadının da yaralandığı” bildirilir. Bəs hanı həmin qadının fotosu?..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.