NATO gəmiləri təlim üçün Tallinn körfəzinə gəlib

22-10-2020, 08:34           
NATO gəmiləri təlim üçün Tallinn körfəzinə gəlib
Estoniyanın Saaremaa adası yaxınlığında iki həftə ərzində dənizdə minaların axtarışını həyata keçirən və manevretmə üzrə təlimlərdə iştirak edən NATO-nun 1-ci Daimi Mina Əleyhinə Gəmi Qrupu bu il artıq ikinci dəfə olmaqla Estoniyaya gəlib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Estoniyaya gələn qrupun tərkibinə “LNS Jotvingis” qərargah gəmisi, Estoniyanın tral gəmisi “EML Admiral Cowan”, müttəfiq ölkələrin “LVNS Imanta”, “FGS Sulzbach Rosenberg”, “HNOMS Maloy”, “BNS Crocus” və “HNLMS Schiedam” gəmiləri daxildir.

Bildirilib ki, təlimlərdə əlavə dəstək Estoniyanın “EML Sakala” və “EML Ugandi” gəmiləri, həmçinin Estoniyanın “EML Wambola” qərargah dəstək gəmisi tərəfindən təmin olunur.

Xatırladaq ki, Estoniyanın Hərbi-dəniz donanmasının gəmiləri 10 ildən çoxdur ki, NATO-nun mina əleyhinə qrupunun fəaliyyətində iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru