Trampın qəbul etdiyi dərmanla bağlı QƏRAR

23-10-2020, 11:16           
Trampın qəbul etdiyi dərmanla bağlı QƏRAR
ABŞ-da COVID-19 xəstəliyinin müalicəsi üçün ilk dəfə bir dərman preparatı təsdiqlənib.

Publika.az xəbər verir ki, ölkənin Ərzaq və Dərman İdarəsi Kaliforniyanın “Gilead Sciences Inc.” firmasının “Veklury” adlı dərmanının koronavirusun törətdiyi xəstəliyin müalicəsində effektiv olduğunu açıqlayıb.

Açıqlamada bildirilib ki, “'Veklury” koronavirus infeksiyası səbəbilə xəstəxanaya yerləşdirilən ən az 12 yaşında və 40 kq-dan çox çəkisi olan insanların müalicəsində istifadə oluna bilər və bu dərman sağalma prosesini 5 gün azaldır.

Dərman virusun orqanizmdə özünü çoxaltmaq üçün istifadə etdiyi bir maddəni məhv edir.

Qeyd edək ki, “Veklury”dən daha əvvəl yalnız təcili vəziyyətlərdə istifadə olunması üçün icazə verilmişdi.

Dərman bu günə qədər 50-yə qədər ölkədə təsdiqlənib.

ABŞ Prezidenti Donald Tramp da bu dərmandan istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru