Övladının həyatı təhlükədə olan ana Mehriban Əliyevadan kömək istədi... - "Mən Sizə bir ana kimi müraciət edirəm"...
26-01-2016, 14:52
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban xanım Əliyevaya
Hüseynova Aynur Maqsud qızı
tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli, Mehriban xanım Əliyeva!
Sizin necə insanpərvər, millətimizə və dövlətimizə sadiq, Azərbaycan adına səcdə edən layiqli bir vətəndaş, gözəl insan, görkəmli dövlət xadimi olduğunuzu təkcə Azərbaycanda deyil, əksər ölkələrdə yaxşı bilirlər.
Təsadüfi deyil ki, bu gün Sizin adınız Azərbaycanda olduğu kimi, Pakistan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə də bir XEYİRXAHLIĞIN ÜNVANI kimi çəkilir, tanınır. Əllərini hər yerdən üzən minlərlə insanın məhz Sizin qapınızda pənah tapdığına dəfələrlə şahid olmuşuq.
Buna görə də hər zaman Sizin adınız gələndə fəxarət hissi keçirməklə yanaşı, “nə yaxşı Azərbaycanın belə bir övladı, Azərbaycan xalqının belə bir ümid yeri var” demişik.
Hörmətli, Mehriban xanım Əliyeva!
Mən bu gün təkbaşına bir övladı böyüdürəm. Heç bir yerdə çalışmadan bu ağır dönəmdə tək ana kimi yaşamağın zor olduğunu anlatmağa ehtiyac yoxdur. Bildirim ki, övladım Məlikzadə Kənan Raqif oğlu anadangəlmə beyin xəstəsidir. Onun xəstəliyi ilə bağlı bütün məlumatları ayrıca sənəd olaraq diqqətinizə təqdim edirəm.
Bildirim ki, Azərbaycanda olmadığımız tibb ocağı olmayıb. Beynində su yığılması səbəbindən təcili əməliyyata ehtiyacı var. Həkimlərin ümumi rəyi belədir ki, əməliyyat olunmazsa, övladımın gözləri tutula bilər.
Hörmətli, Mehriban xanım Əliyeva!
Siz də bir anasınız. Mən Sizə bir ana kimi müraciət edirəm və inanıram ki, bir ana harayına biganə qalmayacaqsınız. Sizdən xahiş edirəm, mənim övladımın gözlərinin əbədi olaraq tutulmasının qarşısını alın.
Həkimlərin bildirdiyinə görə, övladımın müalicəsi qardaş Türkiyədə mümkündür. Türkiyənin Acıbadem Universitetinin Tibb fakultəsinin xəstəxanasında və Kocaeli Universitetinin Araşdırma və Uyğulama Xəstəxanasında övladımın əməliyyat olunması mümkündür.
Azərbaycanda mümkün olmayan bu əməliyyatın keçirilməsi üçün Sizin köməyinizə, maddi dəstəyinizə ehtiyacımız var.
Hörmətli, Mehriban xanım Əliyeva!
Sizdən bir ana kimi xahiç edirəm ki, mənim də Sizə ümidlə uzanan əllərimi boş qaytarmayasınız və övladımın sağlamlığının bərpası üçün köməkliyinizi əsirgəməyəsiniz.
Öncədən təşəkkür edirəm.
Əlaqə telefonu: 055-776-56-56