Tanışına SIM-kart almağa kömək etdi: Adına 200 MİN manat borc gəldi

24-05-2025, 12:48           
Tanışına SIM-kart almağa kömək etdi:
Paytaxtın Biləcəri qəsəbə sakini Kamran Hidayətovun tanışına olan inamı onun başına iş açıb. O, sadəcə SIM-kart almağa kömək etdiyi tanışı sayəsində özünün xəbəri olmadan şirkət sahibi olub və nəticədə külli miqdarda borcu yaranıb.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Kamran Hidayətovun sözlərinə görə, adi bir SIM-kartla başına bu cür oyun açılacağını heç vaxt düşünməyib.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, bu cür halların sayı son vaxtlar artmaqdadır.

Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd olunub ki, Kamran Hidayətov tərəfindən polis orqanlarına müraciət daxil olmadığı üçün məsələ ilə bağlı hər hansı tədbir görülməyib. Vətəndaşın mütləq şəkildə polisə müraciət etməsi tövsiyə olunur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru