Ağ Evdən sərt mesaj: "Amerikalılar yalnız konkret məqsədlərlə döyüşə gedəcəklər"

24-05-2025, 09:46           
Ağ Evdən sərt mesaj:
"ABŞ Prezidenti Donald Trampın administrasiyası aydın olmayan məqsədlərlə xaricdə müddətsiz hərbi əməliyyatlara başlamaq niyyətində deyil".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens TASS agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Trampın Yaxın Şərqə səfəri ABŞ-nin digər ölkələrin daxili işlərinə qarışmaq siyasətindən imtina etməsi ilə diqqət çəkib. Vens vurğulayıb ki, Vaşinqton realizmə və ABŞ-nin əsas milli maraqlarının qorunmasına əsaslanan strategiyaya geri dönür.

Vitse-prezident əlavə edib ki, bu, administrasiyanın təhdidlərə məhəl qoymayacağı anlamına gəlmir. Lakin Ağ Ev bu təhdidlərə sistemli şəkildə yanaşacaq və amerikalıları yalnız "çox konkret məqsədlərlə" müharibəyə göndərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru