"Toyota" Rusiyada avtomobillərini geri çağırır

24-05-2025, 11:28           
"Toyota" Rusiyada avtomobillərini geri çağırır
"Toyota Motor" şirkəti Rusiyada 195 "Toyota Alphard" avtomobilini geri çağırır.

Oxu.Az xəbər verir ki, onların VIN nömrələri "Rosstandart"ın saytında qeyd olunub.

Bildirilib ki, xidmət kampaniyası 30 sentyabr 2020-ci ildən 31 mart 2021-ci il tarixinədək satılan minivenləri əhatə edir.

"Toyota" müəyyən edib ki, bu avtomobillərdəki kapotun moldinqi (ucluğu) bərkidicilərdəki konstruksiya qüsurları səbəbindən temperaturun dəyişməsi ilə deformasiyaya uğraya bilər. Bu, çatların əmələ gəlməsinə və moldinqin bərkidicilərinin zəifləməsinə səbəb ola bilər.

"Ona görə də moldinq bu vəziyyətdə istifadə olunmağa davam edərsə, o, yüksək sürət altında hərəkət zamanı nəqliyyat vasitəsindən ayrılaraq digər nəqliyyat vasitələri üçün ciddi problem yarada bilər", - deyə məlumatda bildirilib.

Avtomobil sahibləri pulsuz təmir işlərinin həyata keçirilməsi üçün diler mərkəzlərinə dəvət olunacaqlar. Minivenlərdə kapot moldinqləri dəyişdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru